logo

Gürcüstanın baş naziri ölkə müsəlmanlarını təbrik edib

09:49 13-04-2021 | icon 1351
Gürcüstanın baş naziri ölkə müsəlmanlarını təbrik edib

Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkənin müsəlman vətəndaşlarını Ramazan ayının başlaması münasibətilə təbrik edib.

 YeniAvropa xəbər verir ki, hökumət başçısı bu barədə özünün “Facebook” səhifəsində yazıb.

İrakli Qaribaşvili müsəlmanlara inam, səbir və müqəddəs Ramazan ayını layiqincə başa vurmağı arzulayıb.

Hökumət başçısı yazıb: “Mən sizin ümumi vətənimiz olan Gürcüstanın ictimai həyatına və onun gələcək inkişafına verdiyiniz böyük töhfəni çox yüksək qiymətləndirirəm. Sizin unikal mədəniyyət və ənənələriniz Gürcüstanın zənginliyidir, onun müxtəlifliyinin ayrılmaz hissəsidir”.

İrakli Qaribaşvili müsəlman vətəndaşlara və onların ailə üzvlərinə cansağlığı, firavanlıq və əmin-amanlıq arzulayıb.