logo

Azərbaycanda daha 1151 nəfər koronavirusa yoluxdu, 29 nəfər öldü

16:42 12-04-2021 | icon 1666
Azərbaycanda daha 1151 nəfər koronavirusa yoluxdu, 29 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 1052 nəfər müalicə olunaraq sağalıb, 1151 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 287 min 144 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 251 min 760 nəfər müalicə olunaraq sağalıb, 3944 nəfər vəfat edib. Aktiv xəstə sayı 31440 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 26 min 132 test aparılıb. Bugünkü test sayı isə 17687-dir.