logo

10 cüdoçumuz Avropa çempionatına yollanır

11:09 12-04-2021 | icon 1764
10 cüdoçumuz Avropa çempionatına yollanır

Aprelin 16-18-də Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatı keçiriləcək.

YeniAvropa xəbər verir ki, yarışda 10 idmançımızın iştirakı nəzərdə tutulub.

Kişilər arasında Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Murad Fətiyev, Hidayət Heydərov (81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarışında isə İrina Kindzerska (78 kiloqramdan yuxarı) gücünü sınayacaq.