logo

Gimnastlarımız Avropa çempionatında iştirak edəcəklər

13:44 11-04-2021 | icon 1687
Gimnastlarımız Avropa çempionatında iştirak edəcəklər

Aprelin 21-25-də İsveçrənin Bazel şəhərində idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.

YeniAvropa xəbər verir ki, çempionatda ölkəmizi 5 gimnast təmsil edəcək. Millimizin heyətində Ağamurad Qəhrəmanov, İvan Tixonov, Nikita Simonov, Marina Nekrasova və Milana Minakovskaya birincilik uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirdə 38 ölkədən 280 idmançı mübarizə aparacaq.