logo

Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat təlimləri başlayıb

12:59 08-04-2021 | icon 3206
Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat təlimləri başlayıb

Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.

YeniAvropa xəbər verir ki, bu haqda  Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.

Təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimlər aprelin 9-dək davam edəcək.