Ceyhun Bayramov Erkan Özoralı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
Aprelin 7-də xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki,görüşdə nazir Ceyhun Bayramov iki qardaş ölkə arasında mövcud olan ən yüksəksəviyyəli münasibətlərin inkişafında səfir qismində Erkan Özoralın rolunu məmnunluqla qeyd edərək, bu xüsusda verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib.
Azərbaycan ilə Türkiyə arasında mövcud olan yüksəksəviyyəli münasibətlərin, eyni zamanda, səfirlərin üzərinə böyük məsuliyyət qoyduğunu bildirən nazir Ceyhun Bayramov Azərbaycandakı diplomatik fəaliyyəti müddətində səfir Erkan Özoralın bu önəmli vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəldiyini və ölkəmiz üçün tarixi bir dövrdə qardaş Türkiyənin elçisi qismində uğurla fəaliyyət göstərdiyini vurğulayıb.
Səfir Erkan Özoral Azərbaycanı Türkiyədən ayırmadığını və bunun hər zaman belə olacağını bildirib. O, Azərbaycan üçün çox önəmli bir dövrdə ölkəmizdə səfir qismində çalışmaqdan qürur hissi keçirdiyini söyləyib, diplomatik fəaliyyəti dövründə ona göstərilən yüksək diqqətə və əməkdaşlığa görə təşəkkürünü ifadə edib. Ölkələrimiz arasında səfərlər üçün viza tələbinin aradan qaldırılmasını və vətəndaşlarımızın təkcə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcəklərini məmnunluqla vurğulayan səfir bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirib.
Nazir Ceyhun Bayramov Erkan Özoralın növbəti vəzifəsinin də öhdəsindən yüksək peşəkarlıqla gələcəyindən əminliyini ifadə edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq