logo

NASA Marsda ilk helikopter uçuşunu planlaşdırır

15:55 07-04-2021 | icon 1953
NASA Marsda ilk helikopter uçuşunu planlaşdırır

NASA aprelin 11-dən tez olmayaraq “Ingenuity” helikopterinin Mars planetində ilk uçuş cəhdini həyata keçirməyi planlaşdırır.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu, tarixdə Yer kürəsi hüdudlarından kənarda ilk uçuş olacaq. “Ingenuity” helikopterinin uçuşu qurumun saytında və sosial şəbəkələrdə yayımlanacaq.

Fevralın 18-də helikopter marsda gəzən aparat (Perseverance) vasitəsilə Ezero kraterinə gətirilib. “Perseverance” uçuş zamanı ona dəstək təmin edəcək, fotoşəkillər çəkəcək, ətraf mühit barədə məlumat toplayacaq və helikopterlə Yerdəki missiyanın dispetçerləri arasına əlaqə saxlamağa imkan verəcək baza stansiyası quracaq.

NASA-nın məlumatına əsasən, mühəndislər həm “Ingenuity” helikopterinin, həm də “Perseverance” mars aparatının ərazidə yerləşməsi və uçuşöncəsi yoxlamalar üzərində çalışdıqları üçün uçuş tarixi dəyişdirilə bilər. İlk uçuş zamanı helikopter Mars planeti səthindən üç metr hündürlüyə qalxmalıdır.

Qeyd edək ki, “Ingenuity” helikopterinin fəaliyyəti 31 gün müddətinə nəzərdə tutulub. O, Qırmızı planetdə uçuşlar zamanı mars aparatının ətrafındakı ərazinin havadan fotoşəkillərini çəkməlidir.