logo

Azərbaycanda daha 2595 nəfər koronavirusa yoluxdu, 37 nəfər öldü

14:47 07-04-2021 | icon 273
Azərbaycanda daha 2595 nəfər koronavirusa yoluxdu, 37 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1073 nəfər müalicə olunaraq sağalıb, 2595 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 276 min 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 244 min 540 nəfər müalicə olunaraq sağalıb, 3780 nəfər vəfat edib. Aktiv xəstə sayı 28144 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 963 min 12 test aparılıb. Bugünkü test sayı isə 14593-dür.