logo

UNESCO-nun İcra Şurasının 211-ci sessiyası işə başlayıb

13:09 07-04-2021 | icon 280
UNESCO-nun İcra Şurasının 211-ci sessiyası işə başlayıb

BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) üç əsas orqanlarından biri olan İcra Şurasının 211-ci sessiyası işə başlayıb.

YeniAvropa xəbər verir ki, Parisdə UNESCO-nun mənzil qərargahında videokonfrans formatında keçirilən sessiya aprelin 21-dək davam edəcək.

İcra Şurasının 211-ci sessiyasında əvvəlcə sessiyanın gündəliyi təsdiqlənəcək. Sessiya çərçivəsində 210-cu sessiyanın protokolu təsdiqlənəcək. UNESCO-nun Baş direktorunun hesabatı dinləniləcək. Sessiya müddətində təşkilatın həyata keçirdiyi proqramlar, layihələr, maliyyə ilə bağlı hesabatlar təqdim olunacaq. Əvvəlki sessiyalarda Baş konfrans və İcra Şurası tərəfindən qəbul edilmiş qərar və qətnamələrin yerinə yetirilıməsi nəzərdən keçiriləcək. UNESCO-nun təhsil və davamlı inkişaf sahələrinə töhfələri, qurumun özəl sektorla qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi, gender bərabərliyi, qlobal və regional koordinasiya və dəstək məsələləri də sessiyanın gündəliyində yer alır.

Xatırladaq ki, UNESCO-nun İcra Şurasının üzvləri qurumun Baş Konfrans tərəfindən seçilir. İcra Şurası Baş Konfransla Katiblik arasında əlaqələndirici rolu oynayır. Baş Konfransın gündəlikdə duran məsələlərinin hazırlanması, iş proqramı və müvafiq büdcə planının yoxlanılmasına, eləcə də Baş Konfrans tərəfindən qəbul edilmiş iş proqramının katiblik tərəfindən həyata keçirilməsinə nəzarətə cavabdehdir.

UNESCO-nun İcra Şurası Ümumi Konfransa qatılan və hökumətlər tərəfindən namizəd göstərilən nümayəndələr arasından dörd il müddətində 58 üzvdən ibarət seçilir.