logo

İranın hərbi gəmisində baş verən partlayış araşdırılır

12:29 07-04-2021 | icon 1988
İranın hərbi gəmisində baş verən partlayış araşdırılır

Eritreya sahilləri yaxınlığındakı İrana məxsus hərbi gəmidə baş verən partlayışın səbəbi müəyyənləşdirilir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə Tehranda keçirdiyi həftəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, ilk növbədə, partlayışın terror aktı olması məsələsi araşdırılır.

Qeyd edək ki, aprelin 6-da iri ticarət gəmilərini müşahidə edən İrana məxsus hərbi gəmidə partlayış baş verib. İranın bəzi mətbuat orqanları tələsik xəbərlər yazaraq, bunun ABŞ tərəfindən törədildiyini iddia ediblər. Lakin ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Ceysik Maknalti jurnalistlərə bildirib ki, rəsmi Vaşinqtonun İran gəmisində baş verən partlayışla heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, gəmidə baş verən partlayışda insan tələfatı olmayıb.