logo

Sosialist Əməyi Qəhrəmanının evindən oğurluq etdi-yaxalandı

12:08 07-04-2021 | icon 1813
Sosialist Əməyi Qəhrəmanının evindən oğurluq etdi-yaxalandı

Sabirabad rayon sakini Fatma Hüseynova rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mart ayında onun evindən 28 min manat civarında pulun oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya bildirilib ki, müraciətlə əlaqədar olaraq RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum edilmiş Elşən Umudov saxlanılıb.

Dindirilmə zamanı E.Umudov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.