logo

AZAL-ın Moskvaya gedən təyyarəsi Sankt-Peterburqda eniş edib

20:41 21-04-2018 | icon 3325
AZAL-ın Moskvaya gedən təyyarəsi Sankt-Peterburqda eniş edib

Moskvanın "Vnukovo" hava limanında (VKO) əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın J2-830 reysi Sankt-Peterburqun "Pulkovo" hava limanına (LED) uğurlu eniş edib.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Sankt-Peterburqdan Moskvaya yola düşəcək.