logo

Dmitri Peskov  Putinlə Paşinyanın  Moskva görüşündən danışıb

15:15 04-04-2021 | icon 1736
Dmitri Peskov  Putinlə Paşinyanın  Moskva görüşündən danışıb

Rusiya prezidenti Vladimir Putin gələn həftə Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadla yayılan məlumatda qarşıdakı görüşdə Qarabağa dair üçtərəfli razılaşmanın icrasının müzakirə olunacağı qeyd edilib. 

Bundan əlavə, görüşdə Qafqazda nəqliyyat infrastrukturunun blokdan çıxarılması, Ermənistanda başlayan seçki prosesi, Rusiya-Ermənistan əməkdaşlığının digər aktual məsələləri barədə fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, bir qədər əvvəl Ermənistanın "Joxovurd” qəzeti aprelin 7-də Nikol Paşinyanın  Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini yazıb. Bildirilib ki, İkinci Qarabağ müharibəsindən sonra bu, onlar arasında ikinci görüş olacaq.

Qeyd edək ki, 44 günlük döyüşlərdən sonra birinci dəfə onlar yanvarın 11-də görüşüblər. Görüş üçtərəfli formatda baş tutub və həmin görüşdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.