logo

Gömrük Komitəsinin maşında rüşvət alan rəisinə 4 il həbs cəzası verildi

12:10 04-04-2021 | icon 1869
Gömrük Komitəsinin maşında rüşvət alan rəisinə 4 il həbs cəzası verildi

Dövlət Gömrük Komitəsi Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışmış Ceyhun Babayevin qanunsuz hərəkətləri barədə müraciət Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

YeniAvropa xatırladır ki, ötən ilin yayında C.Babayev daşıma fəaliyyəti ilə məşğul olan MMC-lərə məxsus məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 ABŞ (85 manat) dolları olmaqla, ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) məbləğində pulu alarkən iş başında yaxalanıb.

Faktla bağlı cinayət işi başlanılaraq, C.Babayevə Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, həmçinin 2 müddətinə dövlət və yerli özünəidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilib.