logo

3 gündə 61 məktəb bağlandı-Təhsil naziri

20:58 03-04-2021 | icon 3255
3 gündə 61 məktəb bağlandı-Təhsil naziri

"Martın son 3 günü ərzində 61 məktəb distant təhsilə keçmək məcburiyyətində qaldı. Onlardan 24-ü Bakı şəhərinin payına düşür". 

YeniAvropa xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib. 

O bildirib ki, qarşıdakı həftələrdə nə olacağı ilə bağlı qeyri-müəyyənlik var: “Hətta bəzi vətəndaşlarımız bu yoluxma sayında belə müəllim və şagirdlərin məktəbə getməsinin tərəfdarıdır. Amma nəzərə alaq ki, gündəlik yoluxmaların 4-6 faizi müəllimlər olur. 

Təxminən 100-ə qədər məktəb personalı gündəlik olaraq koronavirusa yoluxur. Bu isə artıq hər gün 10-15 məktəbin bağlanması demək idi”.