Hesablama Palatası 2020-ci il üzrə hesabatını Milli Məclisə təqdim edib
Hesablama Palatasının yeni üzvlərinin, şöbə və bölmə rəhbərlərinin iştirakı ilə COVID-19 pandemiyası dövrünün müvafiq qaydalarının tələblərinə riayət edilməklə geniş tərkibdə kollegiya iclası keçirilib.
Palatadan YeniAvropa-ya bildirilib ki, kollegiyada Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2020-ci ildə fəaliyyətləri haqda hesabat məruzəsi ilə çıxış edib.
Qeyd edilib ki, hesabat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.11-ci, 14.0.12-ci və 37-ci maddələrinə əsasən, həmçinin “Hesablama Palatasının illik fəaliyyəti barədə hesabatın hazırlanması, baxılması və təsdiq olunması Qaydaları”na uyğun tərtib olunub, ali audit orqanlarının (AAO) Beynəlxalq Təşkilatı olan INTOSAI tərəfindən qəbul olunmuş beynəlxalq standartların tələbləri nəzərə alınıb.
Keyfiyyətcə bir sıra yeniliklər edilmiş hesabatda hesabatlılıq və şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər, o cümlədən Hesablama Palatasının təqdim etdiyi təkliflərlə bağlı müvafiq orqanların münasibəti, korrupsiyaya qarşı mübarizə istiqamətində görülmüş işlər üzrə geniş məlumatlar əks olunub, palatanın 2020-ci ildə fəaliyyəti haqqında hesabata daxil edilmiş 2021-2025-ci illər üzrə Strateji Planı da ayrıca təqdim edilib.
V.Gülməmmədov Hesablama Palatasının illik çıxış sənədləri sırasında mühüm əhəmiyyətə malik olan hesabatın, Strateji Planın, eləcə də metodoloji sənədlərin dərindən öyrənilməsini, palatanın fəaliyyətində güclü və zəif cəhətlərin müəyyən edilməsi üçün təkliflər verilməsini, palatada beynəlxalq standartlar üzrə təlim keçmiş daha bilikli, IT texnologiyalarını dərindən bilən peşəkar kadrlara həmişə yer olduğunu, eyni zamanda, beynəlxalq sertifikatların alınmasının şərt kimi irəli sürüldüyünü bildirib.
Müzakirələrin sonunda Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabatının Milli Məclisə təqdim edilməsi ilə bağlı kollegiya qərarı qəbul olunub.
Kollegiyada, həmçinin 2021-ci il üzrə İş Planına uyğun olaraq kənar dövlət maliyyə nəzarəti tədbirlərinin proqramları müzakirə olunaraq təsdiq edilib.
Dünyada koronavirusdan ölənlərin sayı 3 milyon nəfəri ötüb
Güləşçilərimizin Avropa çempionatında ilk rəqibləri bəlli oldu
II mərhələ üzrə peyvənd olunanların sayı 500 min nəfərə yaxınlaşır
9 cüdoçumuz Avropa çempionatından 2 bürünc medalla dönür
Azərbaycanda ər-arvad COVİD-19-dan dünyasını dəyişib
Azərbaycanda daha 2144 nəfər koronavirusa yoluxdu, 33 nəfər öldü
Rusiya ukraynalı konsulun saxlanılması görüntülərini yaydı -Diplomatik qalmaqal
Xalq artisti Eldar Quliyev dəfn edilib
Sabah NASA-nın helikopteri Marsda ilk uçuşunu həyata keçirəcək
Müdafiə Nazirliyi Ağdam rayonunun Saybalı kəndinin görüntülərini yaydı
COVİD-19-a qarşı peyvənd olunanlarla bağlı həkimdən açıqlama
Sabah Bakıda 22°, bəzi bölgələrdə isə 29° isti olacaq
Gürcüstanda ardıcıl 14 gün tətil elan olunub
Prokurorluq minaya düşən şəxslə bağlı məlumat yaydı
AMİP-in Siyasi Şurasının üzvü COVİD-19-dan dünyasını dəyişdi
İşğal dövründə ermənilər bütün abidələri tamamilə məhv ediblər-XİN
Ağdamda qoyun otaran şəxs minaya düşdü
Müdafiə Nazirliyi Qubadlı rayonunun Tarovlu kəndinin görüntülərini yaydı
Bakıda yaşayış binasında yanğın: 2 nəfər tüstüdən zəhərləndi
Neft mədənində tapılan yaralı kərkəs xilas edilib
Türkiyə cüdoçusu Avropa çempionu oldu
Mehdi Səlimzadənin başçı olduğu rayonda əməliyyat: Saxlanılanlar var
Şəhid polkovnikin təsirli piano ifası - Video
Paytaxtda daha bir müəllim koronavirusdan dünyasını dəyişdi
Azərbaycanda bələdiyyə sədri 3000 manat cərimələndi