logo

Rusiyalı telejurnalist Vladimir Pozner Tbilisidə ad günü keçirə bilmədi

09:39 01-04-2021 | icon 3913
Rusiyalı telejurnalist Vladimir Pozner Tbilisidə ad günü keçirə bilmədi

Rusiyanın məşhur telejurnalisti Vladimir Pozner martın 31-də “Airzena” aviaşirkətinin çarter reysi ilə Moskvadan Tbilisiyə gəlib. Onunla birlikdə Tbilisiyə Rusiyanın 50-yə yaxın jurnalisti və şou-biznes nümayəndəsi gəlib.  V.Poznerin Tbilisiyə 4 günlük səfərində məqsədi aprelin 1-də 87-ci doğum gününü qeyd etmək olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, rusiyalı telejurnalistin Tbilisiyə səfəri ciddi etirazlara səbəb olub.

İctimai fəallar və müxalifət nümayəndələri telejurnalistin qaldığı mehmanxana binasının qarşısında aksiya keçirirlər. Aksiya iştirakçıları bəyan ediblər ki, Gürcüstanın ərazi bütövlüyünü tanımayan, etnik gürcü və abxazları təhqir edən bir şəxs təcili ölkədən çıxarılmalıdır.

Əvvəlcə V.Poznerin qaldığı otelin işıqları söndürülüb. Bundan sonra qonaqlar polisin müşayiəti ilə başqa otelə köçürülüblər. Burada da onların gəlişinə etiraz əlaməti olaraq aksiya keçirilib.

Gürcüstan müxalifəti və fəallar aprelin 1 saat 11-ə daha genişmiqyaslı aksiya keçirməyi planlaşdırıb. 

Gürcüstan Daxili İşlər Nazirliyi Vladimir Poznerin Tbilisiyə səfərinin qanun çərçivəsində həyata keçirildiyini bəyan edib.

Lakin sonradan telejurnalist və daha 31 nəfər komendant saatının və karantin rejiminin qaydalarını pozduqlarına görə polis tərəfindən cərimələnib.

Vəziyyətin gərginləşdiyini görən Vladimir Pozner aprelin 1-də qonaqları ilə birgə Tbilisini tərk etməli olub.

0