logo

Azərbaycanda ŞOK hadisə- bir gündə 2 yeniyetmə intihar etdi

18:08 27-03-2021 | icon 2779
Azərbaycanda ŞOK hadisə- bir gündə 2 yeniyetmə intihar etdi

Azərbaycanda bir gündə iki azyaşlı gəncin intihar hadisəsi baş verib. 

YeniAvropa xəbər verir ki, birinci hadisə Ucar rayonunun Küçəkənd kədində  qeydə alınıb. 

Belə ki, 2009-cu il təvəllüdlü kənd sakini Eyyubov Kamal Ehtiram oğlu yaşadığı evin tövləsində özünü asıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər intihar hadisəsi isə Qəbələ rayonunun Bayramkoğa kədində qeydə alınıb.

2005-ci il təvəllüdlü kənd sakini Aqşin Calal oğlu İbişov yaşadığı evin tövləsində özünü asıb. Yaxınları 16 yaşlı övladlarını xəstəxanaya çatdırsalar da, müayinə zamanı artıq onun öldüyü məlum olub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.