logo

Dağdan qopan iri qaya parçası Quba-Xınalıq yolunu bağladı

19:49 26-03-2021 | icon 2618
Dağdan qopan iri qaya parçası Quba-Xınalıq yolunu bağladı

Bu gün Quba-Xınalıq avtomobil yolunun 53-cü kilometrliyində iri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Nəticədə yolda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində problem yaranıb.

“Dərhal hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb edilib. İri qaya parçası qısa müddət ərzində xüsusi texnika ilə yolun hərəkət hissəsindən kənarlaşdırılıb və sözügedən yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunub”, - deyə məlumatda qeyd olunub.