logo

Bakıda I Türk Dünyası Ortopedik və Travmatoloji Konqres keçirilir

13:59 20-04-2018 | icon 3871
Bakıda I Türk Dünyası Ortopedik və Travmatoloji Konqres keçirilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təşkilatçılığı ilə Bakıda Birinci Türk Dünyası Ortopedik və Travmatoloji Konqres keçirilir.

YeniAvropa xəbər verir  ki, konqres iştirakçıları əvvəlcə türk dünyasının böyük övladları – ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Konqresin həmsədrləri - Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, professor İlqar Qasımov və Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin nümayəndəsi, Türkiyənin “Balta Liman” xəstəxanasının professoru Vedat Şahin çıxış edərək tədbirin türk dünyası üçün əhəmiyyətini vurğulayıblar. Diqqətə çatdırılıb ki, tədbirdə türkdilli ölkələrdən 80-dən çox ortoped və travmatoloq iştirak edir.

Tədbir tematik sessiyalarla işini davam etdirib.

Konqres öz işini aprelin 21-də başa çatdıracaq.