logo

Qaxda bir məktəbin üç müəllimi koronavirusdan vəfat edib

09:41 24-03-2021 | icon 2121
Qaxda bir məktəbin üç müəllimi koronavirusdan vəfat edib

Qax rayon Uşaq İncəsənət Məktəbinin üç müəllimi koronavirusdan dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, bu barədə Qax rayon Uşaq İncəsənət Məktəbindən bildirilib .

Qeyd edilib ki, Qax şəhər sakinləri -63 yaşlı Elmira Vahidova və 48 yaşlı İlahə Vahidova COVID-19-dan dünyasını dəyişiblər. Bacılar  Uşaq İncəsənət Məktəbində müəllim işləyiblər.

Ötən gün məktəbin digər bir müəllimi-Nizami Abduxalıqov da koronavirusdan vəfat edib.