logo

Kürdəmirdə "Jiquli" kanala aşdı: 1 nəfər öldü, 4 nəfər yaralandı

17:13 23-03-2021 | icon 3549
Kürdəmirdə "Jiquli" kanala aşdı: 1 nəfər öldü, 4 nəfər yaralandı

Kürdəmirdə yol qəzası zamanı bir nəfər ölüb, dörd nəfər yaralanıb.

YeniAvropa xəbər verir ki, hadisə günorta saatlarında Bakı-Qazax avtomobil yolunun Kürdəmirdən keçən ərazisində baş verib.

İlkin məlumata görə, Ağsu rayon sakini 28 yaşı Səbuhi Cəfərov "VAZ 2106" markalı avtomaşınla yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına aşıb.

Hadisə zamanı avtomobildə olan sərnişinlərdən biri -56 yaşlı Ağsu rayon sakini İrayə Cəfərova hadisə yerində ölüb. Digər sərnişinlər Ağsu rayon sakinləri 34 yaşlı Mehriban Cəfərova, Sona Qasımova və azyaşlılar Pünhan Mənsur oğlu və Zəhra Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı YPX tərəfindən araşdırma aparılır.