logo

Ermənistanda növbədənkənar parlament seçkilərinin vaxtı açıqlandı

17:10 18-03-2021 | icon 1792
Ermənistanda növbədənkənar parlament seçkilərinin vaxtı açıqlandı

Baş nazir Nikol Paşinyan iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyinin anonsunu edib.

YeniAvropa xəbər verir ki, bu barədə N.Paşinyan özünün “Facebook” səhifəsində status paylaşıb.

“Mənim “Çiçəklənən Ermənistan” fraksiyasının lideri Qagik Sarukyan ilə görüşüm başa çatdı. Görüş zamanı biz vurğuladıq ki, yaranmış daxili siyasi vəziyyətdən ən yaxşı çıxış yolu növbədənkənar parlament seçkiləridir. Ermənistan prezidenti ilə, “Mənim addımım” fraksiyası ilə, “İşıqlı Ermənistan” fraksiyasının lideri Edmon Marukyanla söhbətlərim nəzərə alınaraq, bu il iyunun 20-də respublikada növbədənkənar parlament seçkiləri keçiriləcək”, - deyə Paşinyan qeyd edib.