logo

Paşinyan növbədənkənar parlament seçkilərinə gedir

13:53 18-03-2021 | icon 1729
Paşinyan növbədənkənar parlament seçkilərinə gedir

Ermənistan hakimiyyəti növbədənkənar parlament seçkilərinin vaxtını yaxın zamanlarda elan edəcək.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Nikol Paşinyanın partiyasının idarə heyətinin üzvü Romanos Petrosyan məlumat verib. “Hakimiyyət növbədənkənar parlament seçkilərinə getmək niyyətindədir. Seçkilərin dəqiq vaxtını bu gün və ya sabah elan edəcəyimizi düşünürəm”, - deyə o, bildirib.

Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorkyan bu gün Nikol Paşinyanla müxalif “Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri Qagik Sarukyan arasında görüş keçiriləcəyini deyib. Onun sözlərinə görə, görüş zamanı tərəflər növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanlarını müzakirə edəcəklər.

Xatırladaq ki, bir müddət öncə Ermənistanın baş naziri müxalif “Maariflənmiş Ermənistan” fraksiyasının lideri Edmon Marukyanla da analoji mövzuda müzakirə aparmışdı.