logo

Bakının “Jara”sı bu il Moskvaya gedir-satlın biletler də etibarlı olacaq

09:53 18-03-2021 | icon 3136
Bakının “Jara”sı bu il Moskvaya gedir-satlın biletler də etibarlı olacaq

Bu il 28 iyul-1 avqust tarixlərində Bakıda keçirilməsi planlaşdırılan "Jara” beynəlxalq musiqi festivalı təxirə salınıb.  

YeniAvropa xəbər verir ki, bu barədə tədbirin təşkilatçılarından biri- xalq artisti Emin Ağalarov "İnstaqram" hesabında məlumat paylaşıb.

Qeyd edib ki, "Jara” 23-27 iyun tarixlərində ilk dəfə olaraq Rusiya paytaxtında  keçiriləcək.

Emin Ağalarov Bakıdakı "Jara”da iştirak üçün alınan biletlərlə Moskvadakı tədbirə qatılmağın mümkün olduğunu bildirib.

Qeyd edək ki,  ötən il Bakıda keçirilməsi planlaşdırılan "Jara” beynəlxalq musiqi festivalı koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.  

Xatırladaq ki, “Jara” Beynəlxalq Musiqi Festivalı 2016-cı ildən etibarən  Bakıda Ağalarovlar ailəsinə məxsus olan “Sea Breeze” istirahət mərkəzində keçirilir. Festivalda əsasən Rusiyanın məşhur estrada ulduzları iştirak edirlər. Festivaln fəxri qonaqları sırasında Rusiyanın hakim elitasının nümayəndələri də yer alırlar.