logo

Türkiyədə COVID-19-un üçüncü dalğası yaşanır

15:07 17-03-2021 | icon 1960
Türkiyədə COVID-19-un üçüncü dalğası yaşanır

Mütəxəssislər mutasiyaya uğrayan koronavirus infeksiyasının sürətlə yayılması səbəbindən Türkiyədə üçüncü dalğanın yaşandığını bildirirlər. Avropa ölkələrinin böyük əksəriyyətinin üzləşdiyi yoluxma sayının artması Türkiyə ərazisində də müşahidə olunur.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,Türkiyədə yoluxma sayında kəskin artım əsasən fevral ayının sonlarında müşahidə edilib.

Ötən ayın əvvəlində ölkə ərazisində hər 100 min nəfərdən təxminən 33-də aşkarlanan virus fevralın son həftəsində bəzi vilayətlərdə hər 100 min nəfərdə 140-dək yüksəlib. Elm adamları bunu mutasiyaya uğrayan koronavirusun yoluxdurma gücünün daha yüksək olması ilə izah edirlər. Onların fikrincə, bunun qarşısının alınmasının iki əsas yolu var. İlk növbədə, yoluxma sayı artan ərazilərdə insan sıxlığının qarşısı alınmalıdır. Vətəndaşların ehtiyac olmadığı təqdirdə evdən çıxmamaları vacibdir. İkinci əsas yol isə peyvəndləmə prosesinin sürətinin artırılmasıdır.