logo

Dünyada koronavirusa yoluxanların sayı 200 milyon nəfərə çatıb

09:20 17-03-2021 | icon 1953
Dünyada koronavirusa yoluxanların sayı 200 milyon nəfərə çatıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 327 mindən çox artıb.

YeniAvropa xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında bildirilir.

Məlumata əsasən, ötən sutka ərzində 327 255 nəfər yeni koronavirusa yoluxub, 6 668 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 119 960 700, ölənlərin isə 2 656 822 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.