logo

Sabirabadda ağır avtoqəza: 1 nəfər öldü, 3 nəfər yaralandı

20:50 16-03-2021 | icon 2688
Sabirabadda ağır avtoqəza: 1 nəfər öldü, 3 nəfər yaralandı

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

 YeniAvropa xəbər verir ki,  hadisə Hacıqabul-Bəhramtəpə avtomobil yolunun Nizami kəndində qeydə alınıb.

"Kia" və "VAZ 2115" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırılma aparılır.