logo

Ağdamda 5 mülki şəxs minaya düşdü

17:33 16-03-2021 | icon 3122
Ağdamda 5 mülki şəxs minaya düşdü

Ağdam rayonunda 5 mülki şəxs piyada əleyhinə minaya düşüb.

YeniAvropa xəbər verir ki, hadisə rayonun işğaldan azad edilən Yüsifcanlı kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı bir nəfər ölüb, dörd nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxslərin şəxsiyyəti hələlik müəyyənləşməyib. Onların Ağdamın Hacıqərvənd kənd sakinləri olduğu deyilir. Minaya düşənlərə məcburiköçkünlərdir, həmin əraziyə icazəsiz səfər ediblər.

Faktla bağlı araşdırma aparılır.