logo

Payatxtda "Jiquli" yolu keçən piyadanı vurub öldürdü

15:31 16-03-2021 | icon 2604
Payatxtda "Jiquli" yolu keçən piyadanı vurub öldürdü

Binəqədi qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində yolu keçən Abşeron rayon sakini İ.Şükürov həmyerlisi H.Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə vurulub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.