logo

Qırğızıstan bundan sonra da türkdilli dövlətlərin dostluğuna töhfə verəcək

17:57 15-03-2021 | icon 1771
Qırğızıstan bundan sonra da türkdilli dövlətlərin dostluğuna töhfə verəcək

Qırğızıstan bundan sonra da türkdilli dövlətlər arasında dostluğun və qardaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.

YeniAvropa xəbər verir ki, bu fikirləri Qırğızıstan prezidenti Sadır Japarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edərkən səsləndirib. .

Qırğızıstan Prezidentinin informasiya siyasəti şöbəsindən verilən məlumatda qeyd edilib ki, görüşdə Qırğızıstanla Türk Şurası arasında əməkdaşlığın daha da genişləndirilməsi, üzv dövlətlərlə daha konstruktiv dialoq aparılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sadır Japarov bildirib ki, Türk Şurası türkdilli dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində yaxşı nəticələr əldə edib, beynəlxalq birliyin dəstəyini qazanıb.

Bağdad Amreyev Qırğızıstan prezidentinin Qazaxıstana və Özbəkistana rəsmi səfərlərinin uğurlu keçdiyini, bu səfərlərin ümumi türk dünyasının daha da dərinləşdirilməsi istiqamətində mühüm addım olacağını bildirib.