logo

Dünyada koronavirusdan ölənlərin sayı 2 milyon 645 min nəfərə çatır

10:11 15-03-2021 | icon 1743
Dünyada koronavirusdan ölənlərin sayı 2 milyon 645 min nəfərə çatır

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 461 mindən çox artıb.

YeniAvropa xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında bildirilir.

Məlumata əsasən, ötən sutka ərzində 461 min 105 nəfər yeni koronavirusa yoluxub, 8 min 419 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 119 220 681, ölənlərin isə 2 642 826 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.