logo

Paytaxtda fərdi yaşayış evində baş verən yanğında 1 nəfər ölüb

21:36 14-03-2021 | icon 5369
Paytaxtda fərdi yaşayış evində baş verən yanğında 1 nəfər ölüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində birmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən YeniAvropa-ya bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.