logo

Biləsuvarda mikroavtobus aşdı: 1 ölü, 6 yaralı var

09:49 13-03-2021 | icon 2709
Biləsuvarda mikroavtobus aşdı: 1 ölü, 6 yaralı var

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, yol qəzası Ələt-Astara magistral avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Mikroavtobus idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə, nəqliyyat vasitəsinin içərisində olan şəxslərdən 1 nəfər ölüb, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.