logo

Novxanıda “Peugeot” "Mercedes”lə toqquşdu:1 ölü, 3 yaralı var

13:03 10-03-2021 | icon 2702
Novxanıda “Peugeot” "Mercedes”lə toqquşdu:1 ölü, 3 yaralı var

Abşeron rayonunda baş verən qəzada bir nəfərin ölüb, üç nəfərin xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,rayonun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri T.Vəliyevanın idarə etdiyi “Peugeot” və R.Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü, eləcə də T.Vəliyevanın sərnişinləri - 10 yaşlı qızı Selin Maria və 7 yaşlı oğlu Rafael Nadim xəstəxanaya yerləşdirilib. R.Nadim xəstəxanda həlak olub.

Hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı qəzaya düşən ailə Fransa vətəndaşlarıdır.