logo

Azərbaycanda daha bir məktəb koronavirus səbəbindən bağlandı

21:51 09-03-2021 | icon 2744
Azərbaycanda daha bir məktəb koronavirus səbəbindən bağlandı

Gəncədə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.

YeniAvropa xəbər verir ki, bu barədə Gəncə şəhər Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki,  təhsil ocağında 1 müəllim və 1 texniki işçidə COVID-19 virusuna yoluxma aşkar edilib. Bu səbəbdən də məktəb 14 gün müddətinə karantinə bağlanıb.