Şəkəri olanlar mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır
Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnadi onlayn müsahibə verərək, əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesində şəkərli diabet xəstələrinin də iştirak etməsinin vacibliyini vurğulayıb.
YeniAvropa həmin müsahibəni təqdim edir:
- Diabet və ya şəkər xəstəliyi haqqında məlumat verə bilərsinizmi?
- Şəkərli diabet insulinin ifrazı, təsiri və ya hər iki problemin bir arada olması nəticəsində hiperqlikemiya ilə xarakterizə olunan metabolik xəstəlikdir. Şəkərli diabet xəstəliyi hal-hazırda tam müalicəsi mümkün olmayan xəstəliklər sırasına aiddir. Xəstə bilməlidir ki, xəstəliyə qarşı pəhriz və müalicə etmədən uzun illər yaşamaq mümkün deyil. Hər bir xəstə ömrünü uzatmaq üçün pəhriz saxlamalı və müntəzəm olaraq müalicə almalıdır.
- Şəkər xəstəliyi insanda necə yaranır?
- Genetik meyil, piylənmə, insulin ifraz edən betta hüceyrələrin zədələnməsinə səbəb olan xəstəliklər: pankreatit, mədəaltı vəz xərçəngi və daxili sekresiya vəzilərinin xəstəlikləri. Virus infeksiyaları: qızılca, su çiçəyi, qrip, epidemik hepatit və digər xəstəliklər, sinir sisteminin gərginliyi, stress şəkərli diabetin əmələ gəlmə səbəbləridir.
- Diabetin ilkin göstəriciləri hansılardır?
- Ağızda quruluq, susuzluq, sidiyə tez-tez getmə (xüsusən gecələr), kəskin çəki itirmə, bəzən səbəbsiz çəkinin artması, bulanıq görmə, ayaqlarda keylik, ağrılar, dəridə quruluq, qaşınma, yorğunluq, halsızlıq şəkərli diabetin əlamətləri sırasındadır.
- Kimlər 2-ci tip diabet üçün risk daşıyır?
- Artıq çəkiyə (BKİ > 25 kq/m2); Birinci və ya ikinci dərəcəli qohumun şəkərli diabet olması; Hipertoniya (AT > 140/90 mm.c.süt. olan şəxslər və ya antihipertenziv terapiya alan xəstələr); YSLP xolesterolun miqdarı < 35 mq/dl (0.90 mmol/l) və/və ya triqliseridlərin miqdarı > 250 mq/dl (2.82 mmol/l); Polikistoz yumurtalıqlar sindromu (PKYS) olan qadınlar; Daha əvvəlki müayinədə A1C > 5.7%, AQP və ya QTP; İnsulin rezistentliyi ilə əlaqədar olan digər klinik vəziyyətlər (məs., ağır dərəcəli piylənmə, akantokeratodermiya); Steroid, antipsixotik dərman qəbulu -Orqan transplantasiyası olunan xəstələr -Anamnezdə ÜDX.
- Şəkər xəstələri COVID-19 xəstəliyini necə keçirir, hansı riskləri var?
- Vaxtında normal kompensasiya olunmuş diabet xəstələrində COVID-19 xəstəliyi də normal keçirilir, lakin kompensasiya olunmayan, nəzarətsiz şəkərli diabet xəstələri daha ağır və fəsadlarla nəticələnir. Qanda şəkərin kəskin yüksəlməsi diabetik ketoasidoz, diabetik nefropatiya, diabetik retinopatiya kimi fəsadlara gətirib çıxarır. Bu səbəbdəndir ki, COVID-19-un ölüm statistikasında kardiovaskulyar xəstələrdən sonra ikinci yerdə şəkərli diabet xəstələridir.
- Ən çox verilən suallardan biri də şəkər xəstələri COVID-19 vaksini vurdura bilərmi?
- Şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır.
Güləşçilərimizin Avropa çempionatında ilk rəqibləri bəlli oldu
II mərhələ üzrə peyvənd olunanların sayı 500 min nəfərə yaxınlaşır
9 cüdoçumuz Avropa çempionatından 2 bürünc medalla dönür
Azərbaycanda ər-arvad COVİD-19-dan dünyasını dəyişib
Azərbaycanda daha 2144 nəfər koronavirusa yoluxdu, 33 nəfər öldü
Rusiya ukraynalı konsulun saxlanılması görüntülərini yaydı -Diplomatik qalmaqal
Xalq artisti Eldar Quliyev dəfn edilib
Sabah NASA-nın helikopteri Marsda ilk uçuşunu həyata keçirəcək
Müdafiə Nazirliyi Ağdam rayonunun Saybalı kəndinin görüntülərini yaydı
COVİD-19-a qarşı peyvənd olunanlarla bağlı həkimdən açıqlama
Sabah Bakıda 22°, bəzi bölgələrdə isə 29° isti olacaq
Gürcüstanda ardıcıl 14 gün tətil elan olunub
Prokurorluq minaya düşən şəxslə bağlı məlumat yaydı
AMİP-in Siyasi Şurasının üzvü COVİD-19-dan dünyasını dəyişdi
İşğal dövründə ermənilər bütün abidələri tamamilə məhv ediblər-XİN
Ağdamda qoyun otaran şəxs minaya düşdü
Müdafiə Nazirliyi Qubadlı rayonunun Tarovlu kəndinin görüntülərini yaydı
Bakıda yaşayış binasında yanğın: 2 nəfər tüstüdən zəhərləndi
Neft mədənində tapılan yaralı kərkəs xilas edilib
Türkiyə cüdoçusu Avropa çempionu oldu
Mehdi Səlimzadənin başçı olduğu rayonda əməliyyat: Saxlanılanlar var
Şəhid polkovnikin təsirli piano ifası - Video
Paytaxtda daha bir müəllim koronavirusdan dünyasını dəyişdi
Azərbaycanda bələdiyyə sədri 3000 manat cərimələndi
Armen Sarkisyan seçki məcəlləsinə dəyişikliyi imzalamaqdan imtina etdi