logo

Buzlu körpüdə “Toyota” “Mercedes”lə toqquşdu: 1 ölü, 5 yaralı var

11:29 09-03-2021 | icon 2793
Buzlu körpüdə “Toyota” “Mercedes”lə toqquşdu: 1 ölü, 5 yaralı var

Tovuzda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 YeniAvropa xəbər verir ki, hadisə rayonun girişində Tovuzçay körpüsü üzərində qeydə alınıb. Yolun buzlu olması nəticəsində “Mercedes-Benz” və “Toyota” markalı avtomobillər toqquşub.

Hadisə zamanı “Mercedes”də olan 1992-ci il təvəllüdlü Kamran Paşayev, 1995-ci il təvəllüdlü Anar Əhmədov, 1992-ci il təvəllüdlü Nizaməddin Rüstəmov, “Toyota”da olan 1976-cı il təvəllüdlü Aytəkin Niyazova, 1976-cı il təvəllüdlü Könul Kərimova və 1972-ci il təvəllüdlü İlqar Quliyev müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar dərhal xəstəxanaya aparılıblar. Xəsarət alanlardan biri - Göygöl rayon sakini Aytəkinin Niyazova vəziyyəti ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Digər xəstələr reanimasiya şöbəsinə yerləsdiriliblər. Vəziyyətləri hazırda orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.