logo

Azərbaycanda sabiq daxili işlər naziri həbs edildi

22:39 08-03-2021 | icon 1589
Azərbaycanda sabiq daxili işlər naziri həbs edildi

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov  Naxçıvanda həbs edilib.

YeniAvropa xəbər verir ki, Ə.Əhmədov mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Əhməd Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

Kim idi Əhməd Əhmədov? DİN-in saytında yer alan məlumatda bildirilir:

"General-leytenant Əhmədov Əhməd Hüseyn oğlu 1969-cu ildə Şərurun Tumaslı kəndində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1990-cı ildən daxili işlər orqanlarında xidmət edir. 1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi vəzifəsinə təyin edilib, 2000-ci ildə Naxçıvan şəhər polis şöbəsinin rəis müavini vəzifəsinə irəli çəkilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 iyun 2000-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib. Naxçıvan Muxtar Respublikasında əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdü. Prezidentin 20 may 2004-cü il tarixli 62 nömrəli Fərmanı ilə daxili xidmət general-mayoru, 30 iyun 2006-ci il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2015-ci il 31 avqust tarixli 1379 nömrəli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilib. Ailəlidir. Dörd övladı var".