logo

Faktiki hava:Əksər rayonlara qar yağır

21:52 08-03-2021 | icon 1358
Faktiki hava:Əksər rayonlara qar yağır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti martın 8-i saat 21:00-a olan faktiki hava şəraitini açıqlayıb.

Xidmətdən YeniAvropa-ya verilən xəbərə görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Ceyrançöl, Ağdam, Ağstafa, Tovuz, Zaqatala, Şəki, Quba, Kişçay (Şəki), Sarıbaş (Qax), Şahdağda qar, Nabran, Biləsuvar, Neftçala, Hacıqabul, Cəfərxan, Sabirabad, Kürdəmir, İmişli, Beyləqan, Yevlax, Göyçay, Mingəçevir, Ağsu, Şəmkir, Naxçıvan, Naftalanda yağış yağıb.