logo

Prezident və xanımı COVİD-19-a yoluxdu

18:58 08-03-2021 | icon 5446
Prezident və xanımı COVİD-19-a yoluxdu

Suriya prezidenti Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsəd COVİD-19 virusuna yoluxublar.

YeniAvropa xəbər verir ki, bu barədə “RİA Novosti”  Suriya prezidentinin dəftərxanasına istinadla məlumat yayıb.

"Əvvəlcə prezident və xanımında koronavirusa yoluxmanın yüngül simptomları müşahidə edilib. Analiz verdikdən sonra COVİD-19-a yoluxmaları təsdiqlənib. Sabahdan onların hər ikici 3 həftəliyə karantinə yerləşdiriləcək",-deyə məlumatda bildirilib.

Suriya prezidenti bu müddətdə  öz səlahiyyətlərini məsafədən yerinə yetirəcək.