logo

Ramiz Mehdiyev Leninin hesabına akademik olub

17:33 08-03-2021 | icon 1463
Ramiz Mehdiyev Leninin hesabına akademik olub

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı sensasion fakt üzə çıxıb.

YeniAvropa xəbər verir ki, sensasion fakt AMEA-nın rəsmi saytında yer alıb.

Sensasiya ondan ibarətdir ki, Elmlər Akademiyasının rəhbəri olan Ramiz Mehdiyevin rəsmi bioqrafiyasında kadr hazırlığı bölməsi boşdur, yəni o, 1 nəfər olsun belə elmi kadr hazırlamayıb.

Xatırladaq ki, Ramiz Mehdiyev Lenindən elmi iş yazaraq alim olub. Onun namizədlik dissertasiyasının mövzusu belədir: “V.İ.Lenin millətçiliyin və opportunizmin qarşılıqlı əlaqəsi haqqında”.