logo

Feminist qadınların Bakının mərkəzindəki aksiyası dağıdıldı

16:16 08-03-2021 | icon 2310
Feminist qadınların Bakının mərkəzindəki aksiyası dağıdıldı

Martın 8-də  günorta saatlarında Bakının Nizami küçəsində (“Torqovı”) və "Fontanlar meydanı"nda bir qrup feminist qadın tərəfindən aksiya keçirməyə cəhd olunub.

YeniAvropa xəbər verir ki, təşkilatçılar tərəfindən 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə aksiya keçirilməsi ilə bağlı əvvəlcədən müraciət edilsə də, Bakı şəhər İcra Hakimiyyəti tərəfində buna icazə verilməyib.

Bu səbəbdən də, polis icazəsiz aksiyanın keçirilməsinə mane olub. 

Hadisə yerinə gələn aksiya iştirakçıları feminist şüarlarla plakatlar qaldırmağa çalışsalar da polis əməkdaşları buna imkan verməyib. Nəticədə, 10-dan artıq aksiya iştirakçısı saxlanılıb.