logo

Daha bir şəhidimiz dəfn olundu

15:58 08-03-2021 | icon 1456
Daha bir şəhidimiz dəfn olundu

44 günlük Vətən müharibəsində şəhid olan əsgər Balakişiyev Zamin Dadaş oğlu bu gün torpağa tapşırılıb.

YeniAvropa xəbər verir ki, şəhid əsgərimiz  doğulduğu Sabirabad rayonunun Qaralar kəndində dəfn edilib.

Qeyd edək ki, Zamin Balakişiyev 2001-ci ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olub.

Vətən müharibəsi zamanı torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərin birində ağır yaralanıb.  Hospitala yerləşdirilib və 5  ay komada qalıb.

Xatırladaq ki, Zamin Balakişiyev prezident İlham Əliyevin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!