logo

Ötən il İran polisi 1200 ton narkotik vasitə müsadirə edib

14:36 08-03-2021 | icon 1974
Ötən il İran polisi 1200 ton narkotik vasitə müsadirə edib

İranın hüquq-mühafizə orqanları tərəfindən 2020-ci ildə 1200 ton narkotik vasitə müsadirə edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə İranın narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə idarəsinin rəisi general İsgəndər Mömin məlumat verib.

Bildirib ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə kəskin mübarizəyə baxmayaraq, qanunsuz yollarla İrana narkotik vasitə keçirilməsi cəhdlərinə rast gəlinir. Əvvəlki illərlə müqayisədə narkotik vasitələrin qaçaqmalçılığında 41 faiz artım müşahidə edilib. 2020-i ildə qaçaqmalçılarla mübarizədə hüquq-mühafizə orqanlarının 9 əməkdaşı həlak olub.

İ.Möminin sözlərinə görə, son 10 ildə dünyada narkotik vasitələrin istehsalı və istehlakı 2 dəfə artıb. Bunun qarşısını almaq üçün beynəlxalq əməkdaşlıq zəruridir.