logo

Dünyada koronavirusdan ölənlərin isə 2 milyon  600 minə yaxınlaşır

22:52 07-03-2021 | icon 1610
Dünyada koronavirusdan ölənlərin isə 2 milyon  600 minə yaxınlaşır

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 478 mindən çox artıb.

 YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 478 min 614 nəfər yeni koronavirusa yoluxub, 10 min 124 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 116 milyon 135 min 492, ölənlərin isə 2 milyon 581 min 976 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.