logo

Bakıda başına dəmir düşüb ölən qadının kimliyi bəlli oldu

20:59 07-03-2021 | icon 1393
Bakıda başına dəmir düşüb ölən qadının kimliyi bəlli oldu

Paytaxtda bədbəxt hadisə nəticəsinə vəfat edən qadının kimliyi müəyyənləşib.

 YeniAvropa xəbər verir ki, metronun "28 May" stansiyasının qarşısında başına dəmir parçası düşərək ölən qadın - 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızıdır.

Onun Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivində yaşadığı bildirilir.

Xatırladaq ki, hadisə bu gün günorta saatlarında baş verib. Yolun kənarı ilə hərəkət edən qadının başına dəmir parçası düşüb. Nəticədə o, hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.