logo

Xaçmazda dönərxanada faciə:17 yaşlı gənc zəhərlənərək öldü

18:27 07-03-2021 | icon 1344
Xaçmazda dönərxanada faciə:17 yaşlı gənc zəhərlənərək öldü

Xaçmaz rayonunda dönərxanada dəm qazından zəhərlənmə hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə rayon mərkəzindəki “Köhnə avtovağzal” adlanan ərazidə yerləşən dönərxanada qeydə alınıb.

Hadisə nəticəsində rayonun Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov ölüb, Müzəffəroba kənd sakini, 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.