logo

Yaşıllaşdırma İdarəsi nədən 25 ilin çinar ağacını xilas etmək istəmir?

17:52 07-03-2021 | icon 1568
Yaşıllaşdırma İdarəsi nədən 25 ilin çinar ağacını xilas etmək istəmir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin martın 7-də ölkə ərazisində, o cümlədən Bakıda güclü külək əsəcəyini bir gün öncədən xəbər vermişdi.

YeniAvropa xəbər verir ki, Xidmətin proqnozu özünü doğruldub . Belə ki, səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib. Güclü şimal-qərb küləyi əsib. Saat 13:00-a olan məlumata görə Bakıda küləyin sürəti saniyədə 35 metrə çatıb.

Sözsüz ki, belə hava şəraiti paytaxtda fəsadsız da ötüşməyib. Güclü külək bir neçə məktəbin dam örtüyünü üçürüb. Bir neçə çoxillik ağaçı gövdəsindən aşırıb.

"Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayevin saytımıza verdiyi məlumata görə, güclü külək paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 7 ünvanında(yenicə istifadəyə hazırlanan metronun 8 Noyabr stansiyasının girişi) da fəsadlar törədib. Yaşayış binasının küçə tərəfdən olan hissəsində 25 ilin çinar ağaçını kökündən tərpədib.Ağac aşma təklükəsi ilə üzləşib.

"Hadisə ilə bağlı dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova ilə əlaqə saxladıq. Sağ olsun, qeyri-iş günü olmasına baxmayaraq müraciətimizi dinlədi, Bakı şəhər İcra Hakimiyyətinin(BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyi(YTB) ilə əlaqə saxladı. Yaranmış vəziyyət barədə məlumatı onlara çatdırdı. Hətta BŞİH YTB-in məsul əməkdaşı  Şaiq müəllimin mobil telefon nömrəsini bizə verdi ki, operativ əlaqə saxlayaq, heç olmasa 25 ilin çinar ağacını vaxtında yıxılmaqdan xilas edə bilək. Əfsuslar olsun ki, təkrar-təkrar etdiyimiz zənglərə Şaiq müəllim hər dəfə müxtəlif bəhanələr gətirdi. Gah dedi əraziyə texnika salmaq mümkün deyil, gah  iş günü olmadığını, gah küləyin şiddətli olmasını bəhanə gətirdi. Son zəngimizə isə cavabı belə olduu ki, nə vaxt Bakıda külək səngiyər, ohardasa 2-ci ya da 3-cü gün gəlib ağaca baxış keçirərik. Başqa sözlə, 25 ilin çinar ağacının aşmasının onları çox da narahat etmədiyinə ehyam vurdu",-deyə  "Ekoloq-2010" EMİB-in sədri bildirib. 

Onun sözlərinə görə, sözügedən ağacın aşması an məsələsidir. Əgər vaxtında tədbir görülməzsə paytaxtda daha bir çoxillik ağac məmur biganəliyinin qurbanına çevriləcək.