logo

Güclü külək Bakıda daha bir məktəbin dam örtüyünü uçurdu

16:56 07-03-2021 | icon 1442
Güclü külək Bakıda daha bir məktəbin dam örtüyünü uçurdu

Paytaxtda əsən güclü külək nəticəsində 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. Digər bir neçə məktəbin həyətində isə ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.

Xatırladaq ki, bu gün paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü uçurub.